“Ən böyük hədiyyəm pul olub. Cibimə pul qoyublar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Tunar Rəhmanoğlu qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi bildirib ki, bu hədiyyəni pərəstişkarlarından alıb:
“Sevənlərim edib. Ad günümdə idi. Gətirən adam bilmirdi, pulu zərfdə verdi. 10 min dollar idi, cibimə qoydular. Həmin vaxt 1 dollar 78 qəpik idi. Zərfi açdım, pulu götürüb getdim. Sonra anladım ki, hamısını götürməmişəm. Qayıtdım baxdım ki, ikisi zərfdə qalıb”.
Rəşad Əliyev, Bizim.Media