Türkiyənin Çanaqqala şəhərinin Gökçəada rayonunun bələdiyyə sədri Ünal Çətin həbs edilib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, o rüşvət almaqda ittiham olunur.
Belə ki, yanvarın 31-də regionun təhlükəsizlik strukturları Gökçəada Bələdiyyəsinə qarşı korrupsiya və rüşvətxorluq əməliyyatı keçirib.
Nəticədə bələdiyyə başçısı ilə yanaşı, qurumun bir sıra digər əməkdaşları da saxlanılıb.
Bizim.Media