Azərbaycan və Macarıstan investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında məlumat verib.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik", - deyə nazir qeyd edib.
Bizim.Media