Yaşıl enerji potensialını reallaşdırmaq üçün İKİNCİ ADDIM nə olmalıdır? – Ekspertin TƏKLİFİ

Azərbaycan artıq yaşıl enerji istehsalı sahəsində də ciddi addımlar atmağı hədəfləyib. Hətta istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə nəqli də gözlənilir. Görünən odur ki, Qərb də bunda maraqlıdır. Rumıniya Prezidentinin Azərbaycana səfərində məqsədlərdən biri də məhz budur. Azərbaycanın bu istiqamətdə ciddi niyyətinin olduğunu hazırda Bakıda keçirilən yaşıl enerji üzrə birinci Məşvərət Şurası da təsdiqləyir. 

Bu fonda maraqlıdır, Azərbaycanın yaşıl enerji poytensialı nə qədərdir? Bu enerji hansı mənbələr hesabına formalaşacaq?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın mövcud yaşıl enerji potensialı daxildə elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, ciddi həcmdə ixracat potensialı da yaratmaq gücündədir: 

“İqlim şəraitinə görə, Azərbaycanın potensial olaraq yaşıl enerji sahəsi üzrə kifayət qədər ciddi resursları var. İlin 260 günü Azərbaycanda günəşli keçir. Xəzər dənizi boyu və hündür dağ silsilələrində isə külək enerjisindən istifadə etmək mümkündür. Hazırda əhalinin elektrik tələbatının ödənilməsi üçün onlarla qaz modul stansiyaları var. Təbii qazın həmin modul stansiyalarda elektrik enerjisinə çevrilməsi üçün infrastruktur qurulub. Belədə yerli ehtiyacın bir hissəsini alternativ enerji hesabına ödəməklə, artıq qalan qaz potensialının xarici bazarlara çıxarılması hədəflərdən biridir”.  

Həmsöhbətimizin fikrincə, yaşıl enerjidən istifadə üçün daha geniş müstəvidə proqram qəbuluna ehtiyac var:

“Problem də bundadır. Belə ki, Azərbaycan yaşıl enerji üçün texnologiyalar istehsal etmək potensialına malik deyil. Ona görə də alternativ enerji potensialından istifadə üçün qurulacaq yeni infrastrukturla paralel mütəxəssislərin yetişdirilməsi və istehsal sahələrinin yaradılmasına da ehtiyac var ki, xarici istehsalçı və texnoloji şirkətlərdən asılı olmayaq. Bu baş verməsə, yaşıl enerji ixracından əldə etdiyimiz gəlirin böyük hissəsi avadanlıqların alınması, təmir və proqram təminatına sərf ediləcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Noyer karyerasını başa vurmaq istəyir

Noyer karyerasını başa vurmaq istəyir

Moldovada “Rus Evi” BAĞLANDI

Moldovada “Rus Evi” BAĞLANDI

Nüşabə QƏZƏBLƏNDİ: “Hərə əlinə bir kart alıb dilənir” - FOTO

Nüşabə QƏZƏBLƏNDİ: “Hərə əlinə bir kart alıb dilənir” - FOTO

Gəncədə 6 yaşlı piyadanı maşın vurdu

Gəncədə 6 yaşlı piyadanı maşın vurdu

Rusiyanın Su-30 qırıcısı qəzaya uğradı - Həlak olanlar var

Rusiyanın Su-30 qırıcısı qəzaya uğradı - Həlak olanlar var

Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Azərbaycan-İslandiya: Start heyətlər açıqlandı

Azərbaycan-İslandiya: Start heyətlər açıqlandı

Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı..." - VİDEO

Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı..." - VİDEO

Təyyarə qəzasında həlak olan türk hərbçilərin nəşi Ankaraya GƏTİRİLDİ

Təyyarə qəzasında həlak olan türk hərbçilərin nəşi Ankaraya GƏTİRİLDİ

"Ledi Qaqa məni təkrarlayır" - VİDEO

"Ledi Qaqa məni təkrarlayır" - VİDEO

Mançini Qətər klubu ilə müqavilə bağladı

Mançini Qətər klubu ilə müqavilə bağladı

Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmənin bir qismi TAMAMLANDI - VİDEO

Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmənin bir qismi TAMAMLANDI - VİDEO

Ləzə kəndində selin dağıtdığı körpünün yerində yenisi tikilir – VİDEO

Ləzə kəndində selin dağıtdığı körpünün yerində yenisi tikilir – VİDEO

Dörd bürc üçün xoşbəxt dövr nə vaxt BAŞLAYACAQ?

Dörd bürc üçün xoşbəxt dövr nə vaxt BAŞLAYACAQ?

Vətən müharibəsi qəhrəmanlarının övladlarının İstanbula səfəri təşkil edildi - FOTO

Vətən müharibəsi qəhrəmanlarının övladlarının İstanbula səfəri təşkil edildi - FOTO

"20 Yanvar" körpüsündən özünü atmaq istəyən şəxs belə xilas edildi - ANBAAN VİDEO

"20 Yanvar" körpüsündən özünü atmaq istəyən şəxs belə xilas edildi - ANBAAN VİDEO

Millimizin üzvü 45 günlük futboldan UZAQLAŞDIRILDI

Millimizin üzvü 45 günlük futboldan UZAQLAŞDIRILDI

DİN-dən Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına REAKSİYA

DİN-dən Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına REAKSİYA

End of content

No more pages to load

RADİO