Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncamda deyilir:

"2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur.

Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapmışdır. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynamışdır.

Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər.
Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir.

Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır. Bu teatrların kollektivləri dünya təcrübəsindən uğurla bəhrələnərək davamlı yeniləşdirdikləri repertuarlarında mütərəqqi məzmunlu, humanist ideyalı əsərlərə xüsusi yer ayırmış, insanlarımıza milli dramaturji irsin dərin mənəviyyat aşılayan şah əsərləri və xarici ədəbiyyatın estetik zövq formalaşdıran qiymətli nümunələri ilə daha yaxından tanış olmaq imkanı qazandırmışlar.

Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.

Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir".
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaz yorğunluğunun səbəbləri

Yaz yorğunluğunun səbəbləri

"İlan"ın "Maska"sı açıldı - VİDEO

"İlan"ın "Maska"sı açıldı - VİDEO

Cennifer Enistonun keçmiş əri ata oldu

Cennifer Enistonun keçmiş əri ata oldu

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

End of content

No more pages to load

RADİO