“PRoMete“ ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Pərviz İsaqov konsert proqramı ilə çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
“11 Mart Elektra Events Hall-da baş tutacaq solo konsertimdə hər birinizi gözləyirəm. 6 il sonra səhnəyə canlı müşayiət (Live Band) və böyük həyəcanla çıxacağam”.
Qeyd edək ki, PRoMete HOST qrupunun yaradıcılarından biri və “HOST” prodakşnın təsisçilərindəndir. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. 2012-ci ildən solo karyeraya başlayıb.
Rəşad Əliyev, Bizim.Media