Müğənni Kərim Abbasov əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Abbasov əməliyyat olunduğu klinikanın otağında gözləri bağlı vəziyyətdə çarpayıda çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
"Mənim üçün narahat olan bütün yaxınlarıma sonsuz təşəkkür edirəm. Əməliyyatım çox uğurlu keçdi. Şükür yaradana", - deyə Kərim vurğulayıb.
Bizim.Media-nın əməkdaşı Kərim Abbasovdan keçirdiyi əməliyyatla bağlı əlavə məlumat almaq istəsə də, müğənni telefon zənglərini cavabsız qoyub.
Rəşad Əliyev, Bizim.Media