Xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Parlamentinin Nirderlanddan olan üzvü Sjoerd Wiemer Sjoerdsma ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN rəsmisi özünün “Twitter“ hesabındakı məlumat verib.
“Sjoerd Wiemer Sjoerdsma ilə yaxşı görüşüm oldu. Ona regionumuzdakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məlumat verdim. Avropa İttifaqı və Niderland Azərbaycan və Ermənistanın müzakirə masasına qayıtmasında vacib rol oynaya bilər”, - deyə nazir müavini qeyd edib.

Bizim.Media