“2016- cı ildə bir məsələ olmuşdu. Dələduzun biri ilişmişdi mənə. Mən də onunla bu məsələni “çürütməli” idim. Manaf Ağayev və Vasif Məhərrəmli də orda idi. Onlara dedim ki, siz də gəlin, birdən məni orada vurarlar.
Buna şahidlik edəsiniz ki, məni necə vurdular. Amma onlardan xahiş etdim ki, bu məsələni danışanda söyləsinlər ki, Cavanşirlə getdik çay içməyə, bu hadisə baş verdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Günün sədası” verilişində deyib.
Sənətkar bildirib ki, düşdüyü xoşagəlməz situasiyadan çıxmaq üçün həyat yoldaşı Xalidə xanım özünü qabağa verib:
“Həyat yoldaşım mənə söylədi ki, bu illər ərzində səndən heç nə xahiş etməmişəm. Dedi ki, icazə ver gedim həmin dələduzla haqqı-hesabı özüm çəkim. Dedim nə edəcəksən? Cavab verdi ki, onu vuracağam. Dedim ki, lazım deyil, söyləməyin bəsdir, elə bil ki, onu vurmusan. Cavab verdi ki, sən kənarda dayan bax, cavabını verəcəm”.
Rəşad Əliyev, Bizim.Media