İsrail hesab edir ki, İrana endirilən zərbələr hədəfləri vurub.
Bizim.Media xəbər verir ki, bu informasiyanı “The Wall Street Journal” (WSJ) nəşri yayıb.
Qəzet mənbələrinin məlumatına görə, hücumu İsrailin xarici kəşfiyyat xidməti “Mossad” həyata keçirib.
WSJ qeyd edir ki, hücuma məruz qalan İran Müdafiə Nazirliyinin obyekti ABŞ tərəfindən sanksiyaya məruz qalan İran Kosmik Araşdırmalar Mərkəzinə məxsus obyektin qarşı tərəfində yerləşir. Bu obyekt ballistik raket proqramı üzərində işləyir.
Bizim.Media