Xəbər verdiyimiz kimi, bir müddət öncə Basarkeçər rayonunun Ağkilsə kəndində azərbaycanlıya məxsus evdə 15 erməni əsgər diri-diri yanıb. Bununla bağlı Paşinyan da daxil olmaqla müdafiə nazirliyinin bütün rəhbər heyəti səhlənkarlıqda ittiham olunur.
Bizim.Media xəbər verir ki, bu insidentlə bağlı həmin ərazidə yerləşən hərbi hissənin kommunal istismar, yanğın təhlükəsizliyi və xilasetmə əməliyyatları xidmətinin rəisi, mayor M.S. saxlanılıb.
Müstəntiqlər müəyyən ediblər ki, o, öz vəzifə borcunu yerinə yetirməyib, şəxsi heyəti yanğınla bağlı təlimatlandırmayıb, yanğına qarşı kazarmada lazımi şərait yaratmayıb.
Bizim.Media