Ötən il Azərbaycandan 26 milyon 24,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 19 milyard 483,6 milyon ABŞ dolları olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2021-ci il ölkədən 27 milyon 116 min ton xam neft və neft məhsulları ixrac olunub. İxracın dəyəri 13 milyard 218,9 milyon dollar təşkil edib.
Bizim.Media