“Ən böyük arzum Don Kixotu oynamaqdır” - 50 yaşlı pantomim - FOTO                        

Bu gün Xalq artisti Pərviz Məmmədrzayevin yubiley ad günüdür. Aktyor 50 yaşını qeyd edir. 

Bizim.Media Xalq artistinin özəl günündə onunla əlaqə saxlayıb, yeni yaşında arzularını, öyrənməyə çalışdı. Əməkdaşımızın “50 yaşın pantomimi necədir”, “hardan gəldi, hara gedir” sualına aktyor özünə xas maraqlı cavab verib:

“Hələ nə yol qət etmişəm ki, gələcək gözəl günlər hələ qarşıdadır. Necə deyərlər uzun, incə bir yoldayam”.

Şablon səslənsə də P.Məmmədrzayevin geriyə baxdıqda nədənsə peşman olduğu barədə soruşuram.

“Dünyada hər şey fanidir. Hərdən vacib olanları qoyub, fani bir şeyin arxasınca qaçmaq insanı həqiqətən peşman edir”.

 

Söhbətimizin davamında ona  bir sualla da müraciət edirəm. Maraqlıdır, görəsən uzun bir yaradıcılıq yolu keçmiş bir insan olaraq, keçən günlərini qaytarsaydılar gələcək günləri qurban verərdimi?


“Yox, verməzdim. Ötən günlərimin maraqlı olmasına baxmayaraq, mən gələcəkdə Allahın mənə yazdığı qisməti görmək istəyirəm. Həm də keçmişdə mənim sənətim vardı, ancaq ailəm, balarım yox idi. Şükür Allaha indi gözəl ailəm, övladlarım var. Onların hər gözəl  günlərinə şahid olmaq istəyirəm”.

Xalq artisti sənətə bir sevgi kimi baxdığını da qeyd edib. 

“Əgər mən səhnəyə çıxanda o sevgimi həyata keçirirəmsə, onu tamaşaçılara ötürə bilirəmsə, mən artıq başqa heç nə lazım deyil. Allahıma şükr olsun ki, mənə cansağlığı verib və mən bu sevgimi davam etdirə bilirəm. Şükür heç kəsdən və heç nədən şikayətim yoxdur”.

Sonda aktyor gələcəkdə Don Kixot obrazını canlandırmaq istədiyini də qeyd edib. Xalq artistinə xoş arzularımızı çatdırıb söhbətimizi yekunlaşdırırıq.                       

Növbəti dayanacağımız onun dostlarının ünvanı olur. Pərviz Məmmədrzayeva olan arzularını eşitmək üçün onlarla əlaqə saxlayırıq. 

Aktyor Azər Axşamın dostuna arzularını bu sözlərlə çatdırdı:

“Mən səhər dostumu təbrik etdim, ona bir daha buradan da arzularımı çatdırmaq istəyirəm. Pərvizə  ən əsası cansağlığı arzu edirəm, insan üçün əsas nemət sağlamlıqdı. Necə ki, övladlarını böyüdüb boya-başa çatdırıb, Allah ona nəvələrinin də xoş günlərini görmək nəsib etsin”.   

Xalq artisti, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru Bəxtiyar Xanızadə də Pərviz Məmmədrzayevə səmimi təbriklərini çatdırıb.

“Pərviz həm mənim tələbəm olub, həm də uzun illər bizim teatrımızda çalışıb".

Teatrın inkişafında böyük rolu olub. O, çox istedadlı bir insandır. Bu mənim üçün bir az həm də kədərlidir, cocuq bildiyim tələbələrim artıq 50 yaşına çatıblar.

"Arzu edirəm ki, bundan sonra da Allahın verdiyi ömrünü uğurlu, yaradıcılıq naliyyətləri ilə yaşasın. Uzun illər Azərbaycan teatrının tamaşaçılarını sevindirsin”.  

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissor, aktyor Qurban Mənsimov isə fikirlərini belə izah etdi:

“Bu gün Pərviz ömrünün 50-ci ilini başa vurub, növəti yazını qarşılamaq üzrədir. Ona əsas cansağlığı arzu edirəm. Pərviz çox fədakar insan, əzmkar aktyordur. O, nail olduqlarına öz zəhməti, alın təri  ilə nail olub. Mən ona yaradıcılıq uğurları, ailə səadəti arzulayıram. Pərviz gözəl  dostdur. Mən çox sevincliyəm ki, həyatımda Pərviz kimi dostum, sənət yoldaşım var”.

Teatrşünas, jurnalist Vəli Əkbər də öz tələbəlik dostu haqda ürək sözlərini bizimlə bölüşdü: 

“Pərviz gözəl və böyük sənətkardır. Pantomim kompozisiyada onun yaratdığı bir “Maestro” obrazı var, oynadığı rollara baxanda, nəsə mənə elə gəlir ki, Pərviz əsərlərdəki obrazları elə sinəsinə sıxaraq onlara toxunmadan ustalıqla yaradır.

 

Onun plastikası, biomexanik imkanları məni feyziyab edir. Pərviz qəlibdə yaratdığı rollara ruh üfürərək onları obraza çevirə bilən sənətkardır. Əgər Pərvizi, 50 ilin insanını bir pantomim ifadə ilə təsvir etsəydim, onu gülümsər dua edən adam obrazında görürəm.


Dostumu, şirin tələbəlik illərimin yadigarını təbrik edirəm. 50 bir etapdır, bundan sonra oddan, sudan, havadan, torpaqdan çəkib yığa bildiyini artıq müdrik şəkildə geri qaytaracağın bir mərhələyə daxil olursan. Pərvizə bitirdiyini qorumağı,  daxil olduğu növbəti mərhələni uğurlu, sağlıqlı və verimli yaşamağı arzu edirəm”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

End of content

No more pages to load

RADİO