"Məni yaxşı tanıyan bilir ki, yeriməyi sevən insanam. Hətta Davidin ağır çantasıyla 15 mərtəbəni neçə dəfə qalxıb-düşürəm. Amma bugünkü vəziyyət... Bu binaları tikən insan...".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Emma Ələkbərzadə sosial şəbəkə hesabında yazıb.
Sənətçi yaşadığı binada su və işığın olmadığından şikayətlənib:
"Binalarda su yoxdur. Çünki ya su çəni, ya da nasosu partlayıb. İkincisi işıq xəttləri xarab olub, liftlər işləmir. Komendant da evdə istirahər edir, hər şey sabah həll olunacaq. Ağır torbalarla 15-ci mərtəbəyə necə qalxdım yadımda deyil".
Rəşad Əliyev, Bizim.Media