Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları tam təxliyə edilməyib.
Bunu Bizim.Media-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. XİN sözçüsü hələki təxliyyə ilə bağlı iş aparıldığını qeyd edib:
“Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam edir. Səfirlik işçilərinin Azərbaycana təxliyəsi həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyyə məsələsi müvəqqəti qərardır. Bu məsələ İranın növbəti davranışlarından və addımlarından asılı olacaq.
Alçina Amilqızı, Bizim.Media