Daha bir türk serialı reytinq qurbanı olub.
Bizim.Media xəbər verir ki, "Star" telekanalında yayımlanan "Sol yanım" serialı 13-cü bölümündə final edəcək.
Serialın sona çatmasının səbəbi isə reytinqlərdə istənilən nəticəni verməməsidir.
Qeyd edək ki, serialın baş rollarında Özge Yağız, Tolqa Mendi, Cemre Baysel, Emre Bey, Dəfnə Samyeli, Cansel Elçin yer alır.
Bizim.Media