Qərbi Azərbaycanda xalqımıza məxsus 760-dan çox toponim dəyişdirilib

“Qarabağda ermənilər tərəfindən adları dəyişdirilmiş Azərbaycan tarixinə aid toponimlər geniş tədqiqata cəlb edilib”.

Bizim.Media xəbər verir ki, bu barədə Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov məlumat verib.

O, bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması ilə bağlı göstərişi ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış üç şöbədən biri də Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsidir: 

"Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının dəyişdirilməsi ilə bağlıdır. Qarabağda Azərbaycan tarixinə aid toponimlər zaman-zaman kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları verilib. Qərbi Azərbaycanda ümumilikdə Azərbaycan xalqına məxsus 760-dan çox toponim dəyişdirilib. Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib”.

Şöbə müdirinin sözlərinə görə, toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib. O, qeyd edib ki, bir yaşayış məntəqəsində həmin məntəqənin adını ifadə edən bir toponim, 15-dən çox mikrotoponim olur: 

“İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib. İndiyədək bu istiqamətdə tədqiqatlar aparan dilçi alimlər haqqında məlumat verən Elçin İsmayılov İbrahim Bayramov, Siracəddin Qeybullayev, Budaq Budaqov, Həsən Mirzəyev, Mahirə Nağıqızı, Afad Qurbanov kimi görkəmli tədqiqatçıların Qərbi Azərbaycan toponimləri ilə bağlı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb”.

Rəhbərlik etdiyi Toponimika şöbəsinin fəaliyyət istiqamətlərindən bəhs edən alim bildirib ki, şöbə Qərbi Azərbaycan və Şərqi Zəngəzur toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik vahidlərinin tədqiqatı, onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq: Şöbədə işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparılacaq”.

O, qarşıdakı 2-3 ay ərzində konkret elmi faktlara əsaslanan tədqiqatların nəticəsi olaraq yeni kitabın çap olunacağını və bu nəşrin respublika ilə yanaşı, dünya ictimaiyyətinə təqdim ediləcəyini diqqətə çatdırıb.

“Əminliklə deyə bilərik ki, bu məsələnin ölkə əhəmiyyətli tədqiqatlar olduğunu nəzərə alaraq dövlətimiz, o cümlədən AMEA Rəyasət Heyəti tərəfindən şöbə qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində bütün resurslarımızı səfərbər edəcəyik”, - deyə Elçin İsmayılov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

End of content

No more pages to load

RADİO