Xalq artisti Röya Ayxan həyatını sığortalayıb.
Bizim.Media xəbər verir ki, pop ulduzun bu cür addım atmasına səbəb üçgünlük solo konsertində riskli şou göstərməsinin planlaşdırılmasıdır.
Belə ki, Röya 27, 28, 29 yanvar tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “Dəli kimi” adlı musiqi gecəsində həyatı təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları heyrətlənməyi hədəf alıb.
Konsertin biletləri isə 20-150 manat civarındadır.
Rəşad Əiiyev, Bizim.Media