Ermənistan Beynəlxalq Məhkəmə qarşısında - Azərbaycan iddia sənədini təqdim etdi

Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır.
Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır.

Sənəd, Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb.

Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib.

Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub.
Bu günədək yüz minlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib.

Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb”, - deyə məlumatda deyilir.
Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Vurğulanıb ki, Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Sumqayıtda məktəb müəllimi vəfat etdi - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

Heyvanlar arasında peyvəndləmə tədbirlərinə başlanıldı - FOTO

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

"Qalatasaray" və "Başakşehir"dən QƏLƏBƏ

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

İspanaq yeyərkən iki dəfə DÜŞÜNÜN: Fayda əvəzinə zəhər saça bilər

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

“Sabah”-“Qəbələ” oyununda da qol vurulmadı

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

Zeynəb şəxsi həyatından DANIŞDI: “Ömrümdə təkcə bir kişini sevmişəm” - VİDEO

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

İranlı diplomat İsveçrədə sığınacaq İSTƏDİ

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Tezliklə problemləriniz geridə qalacaq: Fevralda ən şanslı olacaq BÜRCLƏR

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Nurlan Novruzovun yeni klubu MƏLUM OLDU

Müəllimlər bu halda işdən çıxarıla bilər

Müəllimlər bu halda işdən çıxarıla bilər

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “Sənsiz çox çətindir…” - VİDEO

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

“Xamenei narahat olmalıdır, çünki ABŞ çox pis addımlar ata bilər” - Tramp HƏDƏLƏDİ

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

Roma Papası: “Zayed mükafatçıları körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır”

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

“Beşiktaş” koreyalı hücumçu TRANSFER ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Putin Sergey İvanovu tutduğu vəzifədən AZAD ETDİ

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Ronaldo “Əl Nəsr”i HƏDƏLƏDİ

Ronaldo “Əl Nəsr”i HƏDƏLƏDİ

Prezidentdən təltif olunduğu mükafatla bağlı PAYLAŞIM - FOTO

Prezidentdən təltif olunduğu mükafatla bağlı PAYLAŞIM - FOTO

ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

Niyə şər deməsən xeyir gəlməz? – Bədbinliyin faydalı TƏRƏFLƏRİ

Niyə şər deməsən xeyir gəlməz? – Bədbinliyin faydalı TƏRƏFLƏRİ

Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən DANIŞDILAR

Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən DANIŞDILAR

Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO