“"Avropa İttifaqının xarici işlər nazirləri “Qafqazda nizamlanmanı təşviq etmək” üçün Ermənistana müşahidə missiyasının göndərilməsini təsdiqləyiblər”.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat ittifaqın rəsmi saytında yerləşdirilib.
"Missiyanın vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaq olacaq" - deyə məlumatda qeyd olunub.
Bizim.Media