Həkim-ginekoloqdan QAYINANALARA XƏBƏRDARLIQ: “Hamilə ölümləri qəfil baş vermir”

Tərtər rayonunda hamilə qadın evdə ölüb. Hadisə rayonun Hüsənli kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb. O, 30 həftəlik hamilə olub və hadisə zamanı döl də tələf olub. Bundan bir neçə gün əvvəl isə Göyçayda 8 aylıq hamilə olan Fidan Kərimovanın qəfildən halı pisləşib. Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası müayinə edib və onun öldüyünü söyləyib.

Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.

Bəs hamiləlikdə qəfil ölüm hadisələri hansı hallarda baş verir? Bunun qarşısını almaq mümkündürmü? Hamilə ölümlərində planlaşdırılmamış hamiləliyin payı nə qədərdir?  
Bu və digər suallara bu yazımızda cavab tapmağa çalışmışıq. 

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti həkim-ginekoloq Təranə Həsənova olub.
 

MÖVZU İLƏ BAĞLI:

14-17 yaşlı qızlar arasında ABORT sayı niyə artıb? – “Onlar ana olmaya bilərlər”


Müsahibimiz bildirib ki, bu cür xəbərlər vaxtaşırı mətbuatda getsə də, dəqiq səbəb çox vaxt naməlum qalır. Lakin heç bir halda bu ölümlərin qəfil baş verdiyini demək düzgün olmaz: 

“Hər şey tədricən inkişaf edir və bir gün nəticə baş verir. Hamilə ölümü baş veribsə, deməli, buna qədər müəyyən proses keçib. Həkimə vaxtında müraciət etmək lazımdır. Həmin vaxtı isə nə hamilə özü, nə də onun ailəsi yox, həkim müəyyən edir. Təəssüf ki, hamilələrin həkimə müraciəti rayonlarda Bakı ilə müqayisədə daha azdır”. 

Həkimin sözlərinə görə, hamilələr əksər hallarda çox ciddi problemlə üz-üzə qalanda həkimə müraciət edirlər: 

“Hamilələr ciddi baş ağrısı şikayəti ilə müraciət edirlər. Baş ağrıları o qədər güclü olur ki, “elə bilirəm, başımı divara vursam, sakitləşər”, -  deyirlər. Bu isə o deməkdir ki, hamilənin yüksək qan təzyiqi var. Yüksək qan təzyiqi olan adamlarda baş ağrıları tədricən başlayır. Daha sonra təzyiq o qədər yüksək həddə qalxır ki, orqanizm özünü idarə edə bilməyəcək həddə çatır.

Hamilənin üzündə, əllərində, ayaqlarında, daha sonra bədənində şişkinlik yaranır. Buna isə ailələrdə laqeyd yanaşırlar. Təəssüf ki, bəzi qaynanalar “indiki gəlinlərin həkimə getməkdən ötrü ürəkləri gedir. Heç biz hamilə olanda bu qədər həkimə getmirdik” və s. deyirlər. Belə olduqda isə hamilədə zülal yüksəlir, qıcolmalar başlayır. Nəticədə döl tələf olur, ananın özünü də xilas etmək mümkün olmur”. 

Həkim COVID-19-dan sonra bir çox insanda qanda laxtalanmaya meyilin artdığını da diqqətə çatdırıb. Hamiləlikdən əvvəl bununla bağlı müayinənin əhəmiyyətindən danışıb: 

“Əgər hamilə vaxtında həkimə müraciət etməzsə və qanın laxtalanmaya meyilli olması aşkarlanmazsa, tromp yarana bilər, döl də, ana da ölə bilər”.

Həkim planlaşdırılmış hamiləlik və hamiləlikdən əvvəl həkim müayinəsinin vacibliyini də vurğulayıb: 

“Məsələn, heç vaxt müayinə olunmayan və ürək-damar sistemində hansısa xroniki problem olduğunu bilməyən qadın hamiləlik dövründə risk altına düşür. Bundan başqa daxili orqanların ən müxtəlif patologiyaları ola bilər ki, onlar hamiləlik dövründə aktivləşə bilər. Bu halda hamilə özündə hansısa narahatlıq hiss edirsə, laqeyd yanaşılmamalıdır”. 

Həkim sonda qadınlar arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən də danışıb: 

“Hamilə mütləq hemoqlabinini yoxlatdırmalı, analizlər verməli, ultrasəs müayinəsi olunmalıdır. Təəssüf ki, ilkin mərhələdə bu müayinələrin nə qədər əhəmiyyətli olmasından xəbərdar olan çox az qadın var. Buna görə hesab edirəm ki, bu istiqamətdə qadınları maarifləndirməyə ciddi ehtiyac var”. 

Qeyd edək ki, hamilə qadınlara doğuşaqədər tibbi xidmət və nəzarət İcbari tibbi sığortaya daxildir. Eyni zamanda hamilə qadınlar xəstəxanada ambulator xidmət üçün birbaşa ginekoloqlara müraciət edə bilərlər. Eyni zamanda doğuş, zahılıq dövründə müayinə və müalicə, eləcə də tibbi göstəriş olduğu halda qeysəriyyə kəsiyi əməliyyatı da icbari tibbi sığorta təminatına daxildir.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO