Ötən gün Milli Onkologiya Mərkəzində saat 12 radələrində xərçəngdən dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyeva dəfn olunmaq üçün Qurd Qapısı qəbiristanlığına gətirilib.
Bizim.Media-nın əməkdaşının lentə aldığı görüntülərdə mərhumla vidalaşmaq üçün ailəsi, yaxınları və sənət yoldaşları məzarlığa axın ediblər.
Ruhuna dualar oxuduqdan sonra Tünzalə Əliyeva dəfn olunub.
Allah rəhmət eləsin!
Rəşad Əliyev, Bizim.Media