Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib. Sənətçinin bacısı Zülfiyyə xanım daha əvvəl müsahibəsində bildirib ki, Tünzalə Bakıda Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.
Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib ki, Mədəniyyət Nazirliyi Tünzalə Əliyevanın dəfni ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Bundan başqa Mədəniyyət Nazirliyi Tünzalənin Qurd Qapısı ərazisində yerləşən qəbiristanlıqda dəfn olunacağı ilə bağlı aktrisanın ailəsinin müraciətini müsbət qarşılayıb.
Əməkdar artist sabah sözügedən məkanda dəfn olunacaq.
Rəşad Əliyev, Bizim.Media