"Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi Bolqarıstan klubunun diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi "Levski"nin maraq dairəsindədir. 28 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
Sofiya təmsilçisi də məhz yayda futbolçunun transferini həyata keçirmək istəyir.
“Ohrid” klubunun yetirməsi olan İsnik karyerası ərzində “Noviqrad”(Xorvatiya), “Kyevo”, “Lumezzane”, “Atalanta”, “Makerateze”, “Forli”, “Vinçentza”, “Rimini”, “İmoleze”, və “Şibenik”də (Xorvatiya) oynayıb.
Bizim.Media