“Bu torpaqlar axıdılan qanlar sayəsində müstəqil olub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında səsləndirib.
“Verilən qurbanlar bu gün Qarabağın azadlığına gedən yolu da açdı. Xatırlayırsınızsa, 20 Yanvar gecəsi törədilən qətliamdan sonra bir milyona yaxın insan meydanlara toplandı. Azadlıq, istiqlaliyyət uğrunda dirəniş hərəkatı başladı. Çox keçmədən, cəmi bir il sonra Azərbaycan müstəqillik qazandı. Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”, - deyə səfir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media