“Avropa İttifaqı (Aİ) Rusiyadan tədarük etdiyi təbii qazın qalan həcmini bərpa olunan enerji ilə əvəz edə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Aİ-nın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ötən ilin 8 ayı ərzində Rusiyadan Aİ-yə təbii qaz nəqlinin həcminin 80% azaldığını bildirib.
Bizim.Media