Təbriz İnqilab Məhkəməsi Tövhid Dərvişi Əhvaz zindanında 10 il həbs cəzasına və 5 milyard tümən təzminat ödəməyə məhkum edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan Tövhid Dərviş ötən il oktyabrın 15-də Təbrizdə keçirilən etiraz aksiyaları zamanı həbs edilib və 2 aydan artıq müddətdə SEPAH-ın Təhlükəsizlik idarəsinin təcridxanasında işgəncə altında dindirilib.
Bizim.Media