Pərviz Şahbazov: “Masdar” Azərbaycanın güvənilən mühüm tərəfdaşıdır

Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində energetika naziri Pərviz Şahbazovun bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüş olub.

Bizim.Media xəbər verir ki, energetika naziri Pərviz Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu vurğulanıb.
“Azərbaycanın hazırda əsas prioriteti zəngin bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nail olmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində “Masdar” bizim üçün mühüm və güvənilən tərəfdaşdır”, deyə nazir əlavə edib.

Bildirilib ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır.

BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə dünyada bərpa olunan enerji güclərinin quraşdırılma tendensiyası, bu sahənin inkişafı üçün zəruri amillər və ölkəsinin “yaşıl enerji” üzrə hədəflərindən bəhs edib.

“Yaşıl enerji” sahəsində beynəlxalq əməkdaşlığın önəmini vurğulayan Suhail Mohamed Al Mazrouei Azərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiklərini bildirib və ölkəsinin birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib.
Söhbət zamanı, həmçinin beynəlxalq enerji bazarlarında son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Eldost Bayram ürək əməliyyatı olundu

Eldost Bayram ürək əməliyyatı olundu

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

Artıq dişə də döymə vurulur

Artıq dişə də döymə vurulur

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

Kamran Əliyevdən YENİ təyinatlar

Kamran Əliyevdən YENİ təyinatlar

Qubada qardaş bacısını bıçaqladı

Qubada qardaş bacısını bıçaqladı

End of content

No more pages to load

RADİO