“Beynəlxalq Türk Dili Günü” təsis edilir - Rəsmi Bakı məlumat yaydı - FOTO

Cari ilin 10 fevral tarixində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələr keçirilib.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyasının rəsmiləri, Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan 2021-ci ili “Yunus Əmrə və Türk dili ili” elan edib


Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə AR Milli Komissiyasının Baş katibi Elnur Sultanov təmsil edib.

O, “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi təşəbbüsünün ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini və məsələnin UNESCO-da baxılması prosesinin intensivləşdirilməsi üçün dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırıb.

Baş katib, bu təşəbbüsün türkdilli ölkələrin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclas zamanı “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq iş aparılması və birgə səylərin artırılması barədə razılıq əldə olunub.

Məlum olduğu kimi, dillərin beynəlxalq səviyyədə tanıdılmasını təşviq etmək məqsədilə müvafiq beynəlxalq dil günləri qeyd olunmaqdadır.

Bununla əlaqədar, UNESCO üzrə Türkiyə Milli Komissiyası UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün (International Turkic Language Day) təsis olunması təşəbbüsü ilə çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi - FOTOLAR

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi - FOTOLAR

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

"Armudu stəkanın dizaynını mən vermişəm"

"Armudu stəkanın dizaynını mən vermişəm"

Polkovnikin oğlu qətlə yetirildi - Öldürən danışdı

Polkovnikin oğlu qətlə yetirildi - Öldürən danışdı

SON DƏQİQƏ! Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI – RƏSMİ

SON DƏQİQƏ! Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI – RƏSMİ

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Özəl məhkəmə ekspertizası nədir? – MÜSAHİBƏ

Özəl məhkəmə ekspertizası nədir? – MÜSAHİBƏ

TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR

TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR

Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Moruğun 5 faydalı xüsusiyyəti

Moruğun 5 faydalı xüsusiyyəti

Paşinyan: “Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”

Paşinyan: “Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”

Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

Avstriya hökuməti 3 rusiyalı diplomatı “persona non qrata” elan edib.

Avstriya hökuməti 3 rusiyalı diplomatı “persona non qrata” elan edib.

Paytaxtın gözlənilməz “qonaq”ları – Qarşınıza çıxsalar, bu nömrəyə zəng edin – RƏSMİ/VİDEO

Paytaxtın gözlənilməz “qonaq”ları – Qarşınıza çıxsalar, bu nömrəyə zəng edin – RƏSMİ/VİDEO

Apreldə havanın temperaturu iqlim normasından yuxarı olub

Apreldə havanın temperaturu iqlim normasından yuxarı olub

Neftçala və Hacıqabulda qaz KƏSİLƏCƏK

Neftçala və Hacıqabulda qaz KƏSİLƏCƏK

Bu məktəblərdə I sinfə qəbul müsabiqə yolu ilə aparılır – SİYAHI

Bu məktəblərdə I sinfə qəbul müsabiqə yolu ilə aparılır – SİYAHI

End of content

No more pages to load

RADİO