"Bir il pandemiyanı anlamadım hardan gəldi-getdi. Şikayət etmədim ki, işsizlikdir. Mənim üçün önəmlisi valideynlərimin səhhəti idi. Anamı sağaltdım atam getdi, atamı sağaldıram anam gedir. Toyu gözləməyə vaxtım olmadı".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "MTV Azərbaycan"a açıqlamasında deyib.
Müğənni həmkarları kimi işsizlikdən gileylənmədiyini bildirib:
"Fikirləşmirdim ki, iş nə vaxt başalayacaq. Ailəmi qoruyurdum. Niyə pulu düşünmürəm? Çünki onsuz kasıb olmuşam".
Bizim.Media