Bank hesablarının açılması mexanizmi sadələşdirilir

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi vergi ödəyicilərinin inzibatçılıq yükünün azaldılması ilə bağlıdır.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, bank hesablarının açılması məqsədi ilə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına kağız və ya elektron formada müraciət ərizəsi təqdim edilməli, müraciət vergi orqanı tərəfindən 2 gün ərzində emal olunmalıdır. 

Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilir, borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilir.

Bu proses zamanı müəyyən olunmuş müddət, yəni 10 gün ərzində hər hansı səbəbdən bank hesabı açılmadıqda vergi orqanı tərəfindən banka göndərilmiş şəhadətnamə-dublikat qüvvədən düşmüş sənəd kimi qiymətləndirilir və həmin şəhadətnamə-dublikat üzrə hesabın açılması mümkün olmur.

Bank hesablarının açılması sahəsində vergi ödəyicilərinin mövcud inzibati yükünün azaldılması məqsədilə vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib.
Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.

Dəyişikliklərə əsasən, vergi ödəyicisinə açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün bank əməliyyatları aparan şəxslər tərəfindən hesab açıldığı tarixdən 1 iş günü müddətində vergi orqanına elektron qaydada məlumat göndərilir. 

Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. 

Vergi ödəyicisinin borcu olduğu və borcun ödəniş müddətinin bitdiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı, eyni gündə həmin hesab üzrə sərəncam da göndərilir.
Göründüyü kimi, mövcud inzibatçılığın sadələşdirilməsi və prosedurların azaldılması məqsədi ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməklə yeni mexanizmin tətbiqi nəzərdə tutulur.
Yeni mexanizm 2023-cü ilin oktyabr ayından tətbiq ediləcək və həmin müddətədək vergi orqanları ilə banklar arasında təklif olunan mexanizmin tətbiqi ilə bağlı inzibatçılığın qurulması işləri həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

Artıq dişə də döymə vurulur

Artıq dişə də döymə vurulur

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

Kamran Əliyevdən YENİ təyinatlar

Kamran Əliyevdən YENİ təyinatlar

Qubada qardaş bacısını bıçaqladı

Qubada qardaş bacısını bıçaqladı

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

Qripdən qorunmağın əsas yolu

Qripdən qorunmağın əsas yolu

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO