Ötən il nə qədər neft və təbii qaz hasil edilib?

2022-ci ilin yanvar-dekabr ayları üzrə operativ məlumatlara əsasən, ötən il ərzində Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 25,2 milyard kubmetri “Şahdəniz”dən, 8,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur.

Yanvar-dekabr aylarında Avropaya 11,4 milyard kubmetr, Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 203,4 milyard kubmetr, “Şahdəniz”dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxın həcmi ixraca nəql olunub.

2022-ci ilin yanvar-dekabr aylarında ölkədə 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.

Hesabat dövründə 26,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək 607 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 567 milyon ton neft, “Şahdəniz”dən isə 40 milyon ton kondensat çıxarılıb. Bundan 1 yanvar 2023-cü il tarixinədək 605 milyon tondan çox ixraca nəql edilib.
2022-ci il ərzində ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

Artıq dişə də döymə vurulur

Artıq dişə də döymə vurulur

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

Kamran Əliyevdən YENİ təyinatlar

Kamran Əliyevdən YENİ təyinatlar

Qubada qardaş bacısını bıçaqladı

Qubada qardaş bacısını bıçaqladı

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

Qripdən qorunmağın əsas yolu

Qripdən qorunmağın əsas yolu

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO