İndiki sahibkarlar niyə əliaçıq deyillər? – Gəlirlərin gizlədilmə SƏBƏBİ 

Azərbaycanda iqtisadiyyatın liberallaşması, keçirilən iqtisadi islahatlara adekvat olaraq çoxsaylı sahibkarlıq subyektləri də yaranıb. Lakin ölkəmizdə biznes sahəsinin adamları humanitar xarakterli aksiyalarda, kimsəsizlərə yardım əlini uzatmaqda nədənsə hələ də passivlik nümayiş etdirirlər. Halbuki xarici ölkələrdə imkanlı şəxslər mütəmadi olaraq humanitar aksiyalara qoşulur, prosesə töhfə verməkdən həzz alırlar. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov ölkə sahibkarlarının humanitar missiyalarda passivliyini mühitin qeyri-şəffaflığı ilə əlaqələndirdi:

“Öncə qeyd edim ki, bu məsələdə bir çox hallarda keçən əsrin əvvəllərilə bu dövrün paralelliyini aparırlar. Amma fikrimcə, belə paralellik aparmaq doğru yanaşma deyil. Hacı Zeynalabdin Tağıyevin yaşadığı mühitlə hazırkı dövr tamamilə fərqlidir. 
Sahibkarların hər hansı bir mənbəyi olmayan kifayət qədər sətiraltı xərcləri var. Mühitdə qeyri-şəffaflığın güclü olması da prosesə öz təsirini göstərib. İmkanı, varı olan biznes mühitinin subyekti hazırda daha çox öz gəlirini gizlətməyə çalışır ki, hər hansı bir məsuliyyətə cəlb olunmasın. Belə bir anormal mühit yaranıb. Adətən Qərb dünyasında imkanlı şəxslər humanitar qəbildən olan layihələrdə həvəslə iştirak edir, gənclərin təhsil almalarına yardımçı olur və bunu cəmiyyətə bəyan edirlər. Bu da öz növbəsində onların gəlirlərinin rəsmi olaraq müəyyən hissəsinin vergidən azad olunmasına gətirib çıxarır”. 

Ekspert bildirir ki, bu sayaq tədbirlərdə ara-sıra iştirak edən sahibkarlar da göstərdikləri humanitar dəstəyi bəyan etməkdən çəkinirlər: 

“Ölkəmizdə isə elə bir mühit formalaşıb ki, biznes mühitinin iştirakçıları gəlirlərini hər hansı bir formada gizlətməyə çalışırlar. Sahibkarlar qeyri-rəsmi olaraq müxtəlif humanitar aksiyalarda iştirak edirlər. Kiminsə, təhsilinə kömək edir, kiməsə tibbi yardım göstərirlər. Amma onu bəyan etməkdən çəkinirlər. Çünki bu addım fonunda daha çox ziyan tapa biləcəklərindən qorxurlar”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş – FOTOLAR

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş – FOTOLAR

“Bahar” serialının yayımı DAYANDIRILDI – Səbəb?

“Bahar” serialının yayımı DAYANDIRILDI – Səbəb?

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

Süni intellektlər arasında RƏQABƏT

Süni intellektlər arasında RƏQABƏT

İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

Qubada 20 yaşlı ana üçəm dünyaya gətirdi – Vaxtından əvvəl doğulan körpələrin SON DURUMU

Qubada 20 yaşlı ana üçəm dünyaya gətirdi – Vaxtından əvvəl doğulan körpələrin SON DURUMU

2026-cı ildə elektron manat dövriyyəyə BURAXILACAQ?

2026-cı ildə elektron manat dövriyyəyə BURAXILACAQ?

QHT-lər üçün informasiya sistemi yaradıldı - FƏRMAN

QHT-lər üçün informasiya sistemi yaradıldı - FƏRMAN

Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU – FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU – FOTO

MEDİA qəzet və saytlara dəstək müsabiqəsinin nəticələrini açıqladı

MEDİA qəzet və saytlara dəstək müsabiqəsinin nəticələrini açıqladı

Ermənistanı deyil, Azərbaycanı seçdi - Müzakirələrə səbəb oldu

Ermənistanı deyil, Azərbaycanı seçdi - Müzakirələrə səbəb oldu

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ VİDEO

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ VİDEO

Bakıdakı kafe-restoranların dövriyyəsi açıqlanıb

Bakıdakı kafe-restoranların dövriyyəsi açıqlanıb

Mağazadan oğurluq edən əmioğlular saxlanılıb - VİDEO

Mağazadan oğurluq edən əmioğlular saxlanılıb - VİDEO

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun MƏHKƏMƏSİ başlayır

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun MƏHKƏMƏSİ başlayır

“Araz Naxçıvan”ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək?

“Araz Naxçıvan”ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək?

End of content

No more pages to load

RADİO