2022-ci ildə, operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 32,6 milyon ton neftin 26,3 milyon tonu (80,7 %) ixraca nəql edilib.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, bu dövrdə 6,5 % artımla hasil edilmiş 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetr (47,75 %) ixrac olunub.
Bizim.Media