Yeni artımlar üçün nə qədər vəsait nəzərdə tutulub?

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və b. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, imzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:

Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata çatdırılır;

Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;

Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;

Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır;

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;

Yaşa görə müavinət — 220 manata çatdırılır;

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır;

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;

Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət — 105 manata çatdırılır;

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır;

Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:

elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,

fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

“Xalq” fəxri adına görə — 200 manata,

“Əməkdar” fəxri adına görə — 150 manata çatdırılır;

Prezidentin fərdi təqaüdü — 1500 manata çatdırılır;

Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir.
Qeyd edək ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi – FOTO

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

Şahin Diniyev “Kəpəz”ə QAYIDA BİLƏR

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

"Dubay bazarı"nda QƏTL: Göyərtisatan ürəyindən bıçaqlandı

Artıq dişə də döymə vurulur

Artıq dişə də döymə vurulur

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

“Bakubus”da qızlar arasında əlbəyaxa DAVA – VİDEO

Kamran Əliyevdən YENİ təyinatlar

Kamran Əliyevdən YENİ təyinatlar

Qubada qardaş bacısını bıçaqladı

Qubada qardaş bacısını bıçaqladı

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

Qripdən qorunmağın əsas yolu

Qripdən qorunmağın əsas yolu

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO