Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, "kimyaçılar" Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın hər iki qolunu Süleyman Əhmədov vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media