Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Polşanın “Varta” klubu ilə qarşılaşıb.
Oyun 1-1 hesabı ilə başa çatıb. “Sabah”ın heyətində Aleksey Kaşuk fərqlənib. “Sabah” – “Varta”(Polşa) 1:1 Qollar: Kaşuk 42 - Enis Destan 90+3 "Sabah": Nicat Mehbalıyev, Kristian, Amin Seydiyev, Con İrazabal, Bəxtiyar Həsənalızadə, Aleksey İsayev, Boyan Letiç, Elvin Camalov (k), Aleksey Kaşuk, Coy-Lens Mikkels, Emmanuel Apeh.
Rəşad Rafiqoğlu, Bizim.Media