“Çiçək” ləqəbi ilə məşhurlaşan radio aparıcı Şəhla Vakkas oğlu ilə ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, övladı ilə parkların birində yürüş edən Şəhla oğlunun onu təngə gətirdiyini bildirib.
Radio aparıcı izləyiciləri ilə bölüşdüyü həmin görüntülərdə “Bu oğlan həyatımı zindan edib, bezmişən ondan. Bu, nədir? Bütün günü bu nədir geyinmisən, orasını bağla, bunu geyinmə, onu geyinmə. Mən bilərəm, ərim bilər, bildin?” sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media