Klublarımızın Antalya hazırlığı davam edir.
Bizim.Media xəbər verir ki, onlardan bəziləri artıq yoxlama oyunları da keçiriblər. Yoxlama oyunu keçirməyənlər isə gündəlik məşqlərlə kifayətlənirlər.
Antalyaya ən tez gedənlərdən biri olan “Qarabağ”ın növbəti məşqi güclü yağış altında olub. Buna rəğmən, futbolçuların həvəslə çalışması diqqətdən yayınmayıb.
Elə “Qəbələ”nin də təlim-məşq toplanışının səkkizinci günü güclü yağışın müşayiəti ilə baş tutub. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşqlərdə fotoları təqdim edirik.
Rəşad Rafiqoğlu, Bizim.Media