2023-cü ildə Azərbaycanda real ÜDM-in artım tempi müsbət qalacaq - Dünya Bankı

Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatı dərc olunub.

Bizim.Media-nın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Aqil Əsədov bildirib ki, hesabatda dünya iqtisadiyyatından gözləntilər, daha əvvəl təxmin edilən 3.0 faizlik artım ətrafında deyil, 1.7 faizlik yeni proqnoza əsasən qiymətləndirilir.

Qeyd edilir ki, qlobal inkişaf tempindəki yavaşımalar ümumilikdə bütöv regionları əhatə edərək adambaşına düşən gəlir səviyyəsinə də öz təsirini göstərəcəkdir.
Belə ki, 2023-cü ildə adambaşına düşən gəlir səviyyəsindəki artım tempinin, COVİD-19 pandemiyasından öncəki dekadan daha aşağı olacağı proqnozlaşdırılır.

Həmçinin, inkişaf etməkdə olan iqtisadiyyatların ÜDM səviyyəsi, pandemiya ərəfəsində gözlənilən səviyyədən, 6 faiz aşağı olacaq.

Qeyd edək ki, 2022-ci ildə real ÜDM dünya üzrə 2.9%, inkişaf etmiş iqtisadiyyatlarda 2.5% və inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə 3.4% artım göstərilib. Bu göstərici 2023-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə sabit proqnozlaşdırılsa da, dünya üzrə və inkişaf etmiş iqtisadiyyatlar üzrə müvafiq olaraq 1.7% və 0.5% olacağı göstərilir.

Regionlar üzrə nəzər yetirdikdə, Avropa və Mərkəzi Asiya (ECA) regionunda iqtisadi artım tempi Rusiyada məhsul buraxılışındakı kəskin azalma, Avropa İttifaqının enerji təchizatındakı qırılmalar, yüksək inflyasiya şəraitindən irəli gələn monetar sərtləşmə siyasətinin izlənilməsi kimi səbəblərdən 0.1% olacağı gözlənilir.

O cümlədən, Cənubi Qafqaz üzrə artım 2022-ci ildə müşahidə edilən 6.5% səviyyəsindən 2023-cü ildə 3.3% səviyyəsinə düşəcəkdir. Buna səbəb kimi, 2020-2021-ci illər üzrə baş verən güclü sıçrayışın zəifləməsi, avro zonadakı geriləmə və Rusiyada məhsul buraxılışının azalması göstərilir.

Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-nin artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1%, ECA regionu ilə müqayisədə isə 2.7% daha yüksək olacaqdır.
2022-ci ilin iyun ayı proqnozlarından faiz bəndi ilə müqayisədə Azərbaycan 2023-cü il üzrə bütövlükdə Avropa və Mərkəzi Asiya regionunda real ÜDM-də müsbət artım göstərməsi proqnozlaşdırılan 4 ölkədən biridir.

Mövcud şəraitdə qlobal iqtisadiyyatın təzyiq altında olmasını nəzərə alaraq Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” hesabatında 2023-cü ildə median gəlirlərin artmasına və ümumi rifah səviyyəsinin yüksəlməsinə dair bir sıra struktural addımlar tövsiyə edir.

Belə ki, yeni iş yerlərinin yaradılması və istehsalın artırılması üçün daha çox investisiya qoyuluşlarının təşviq edilməsi tövsiyə olunur.

Bunun üçün isə, əlverişli biznes mühiti çərçivəsində inkişafa meylli addımların atılması, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, birbaşa xarici investisiyaların cəlb edilməsinə yönəlik fəaliyyətlərin genişləndirilməsinə ehtiyac duyulur.

Bunlarla yanaşı, transsərhəd ticarət əlaqələrinin şaxələndirilməsi üçün əməkdaşlığın gücləndirilməsi, çeşidli bazarlara çıxış, gömrük sazişləri kimi razılaşmalar vasitəsilə ticarətin inkişafını sürətləndirmək istiqamətində səylər də zəruri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

End of content

No more pages to load

RADİO