Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Sabah" bu gün ilk yoxlama oyununu keçirəcək.
Bizim Media xəbər verir ki, Murad Musayevin komandası Polşanın "Vatra" (Poznan) klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Sabah" yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubu ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media