Bu gün kişi voleybolçuların Azərbaycan çempionatında yeni ilin ilk oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, yüksək Liqada 2-ci tur baş tutacaq. İlk olaraq meydana “Neftçi” və “Xarı Bülbül Şuşa” komandaları çıxacaq.
Oyun saat 16-00-da başlayacaq. Saat 18-00-da isə MOİK-Murov oyunu keçiriləcək. Hər iki oyun Dərnəgüldəki voleybol mərkəzində olacaq.
Qeyd edək ki, İlk turdan sonra “Xarı Bülbül Şuşa” və “Murov” hərəyə 3 xalla turnir cədvəlində 1-ci, 2-ci yerləri bölüşürlər. “Neftçi” və MOİK-in isə xalı yoxdur.
Rəşad Rafiqoğlu, Bizim.Media