Müğənni Sevda Sanaliyeva paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında barmağında bahalı brilliant nişan üzüklə görüntülərini paylaşıb.
Kadrları isə Sevda türkiyəli həmkarı Kutsinin “Benimlə evlənirmisin?” mahnısı ilə yayımlayıb.
Sanaliyeva izləyiciləri ilə bölüşdüyü videonun şərh bölümünə ürək və üzük işarəsini yazıb.
Sosial şəbəkə əhli Sevdanı üçüncü dəfə ailə qurmasını yazaraq, təbrik ediblər. Sənətçi isə yazılan şərhlərə heç bir reaksiya verməyib.
Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb".
Rəşad Əliyev, Bizim.Media