Paşinyanın Rusiya açıqlamalarının PƏRDƏARXASI – Regionda nə dəyişir?

Yanvarın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan iki ildən artıq müddətdən sonra ilk dəfə jurnalistlərə canlı müsahibə verib. Ermənistan lideri regional proseslər, xüsusilə də, ölkəsinin Rusiya, Azərbaycan və Türkiyə ilə münasibətlərinin bu günü və gələcəyi ilə bağlı bir sıra fikirlər səsləndirib.

Əvvəla onu qeyd edək ki, Paşinyanın açıqlamalarındakı rabitəsizlik və ikibaşlı fikirlər onun əsl məqsədinin nə olduğunu aydın şəkildə ortaya qoymağa imkan vermir. 

Lakin iki məsələdə Nikol mövqeyini daha aydın şəkildə büruzə verdi.

1. Ermənistan Qarabağla bağlı məsuliyyəti tamamilə üzərindən atır;
2. Baş verənlərin əsas müqəssiri və cavabdehi Rusiyadır.

Paşinyan Qarabağdan üz çevirir

Məsələn, jurnalistlərin Laçın yolundakı aksiya ilə bağlı sualına cavab olaraq, Paşinyan bildirdi ki, hərəkəti təmin etmək Rusiya sülhməramlılarının məsuliyyətidir. Eyni zamanda Ermənistan Baş naziri ölkəsinin Qarabağla bağlı hər hansı iddiasının olmadığını və bu ərazilərin Azərbaycanın suveren tərkib hissəsi kimi tanıdığını bir daha vurğuladı.

Nikol hətta bir qədər də irəli gedərək, dedi ki, Ermənistan Qarabağın taleyini həll etmək iddiasında deyil:

“Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələsində Moskvanın mövqeyi və Rusiya sülhməramlılarının işi önəmlidir”.

Qeyd olunan açıqlamalardan da göründüyü kimi, Paşinyan Qarabağ məsələsində özünü geriyə çəkmələ Rusiyanı qabağa verməyə, bütün məsuliyyəti sülhməramlıların üzərinə atmağa meyil edir. Nikolun bu cür davranışının bir neçə səbəbi ola bilər:

- Azərbaycan-Ermənistan mümkün sülh müqaviləsində Qarabağ mövzusunu diqqətdən kənarda saxlamaq.

- Azərbaycanın Ermənistana qarşı haqlı tələblərini (Xankəndinə qeyri-leqal yüklərin göndərilməsi, Qarabağda qalmış Ermənistan ordu bölmələrinin bölgədən çıxarılması və s.) yerinə yetirməmək üçün rəsmi Bakının Moskva ilə üz-üzə qoyulması.

Rusiya Ermənistanı qorumalıdır, KTMT isə...

Paşinyan Qarabağ məsələsindən fərqli olaraq, Ermənistanla bağlı mövzularda Rusiyaya qarşı daha ehtiyatlı ritorika seçib. O öz dili ilə də etiraf edib ki, Rusiya ilə ultimatum dilində danışmaq olmaz.

Lakin bu da Nikolun KTMT mövzusunda iradlar səsləndirməsinə mane olmayıb. Belə ki, Ermənistan lideri KTMT-nin ölkəsində təlimlər keçirməsinin lazımsız olduğunu bildirib. Digər tərəfdən, Paşinyanın Rusiyanı Ermənistanın təhlükəsizliyinin təminatçısı adlandırmağı da unutmayıb.

Göründüyü kimi:

- Paşinyan Qarabağ məsələsində olduğu kimi, Ermənistanın da təhlükəsizliyinin qorunmasını Rusiyanın boynuna yükləmək istəyir;

- Kremlin orbitindən çıxmaq arzusunu isə Ermənistan Baş naziri KTMT-nin fonunda elan edir.

Ümumilikdə isə, Paşinyan Rusiyaya qarşı bu cür ritorika seçməsi iki hədəfə hesablanıb.

Birincisi, Qərbdəki dəstəkçilərinə, ikincisi isə Ermənistanın daxili auditoriyasına.

İlk növbədə Nikolun Qərbin adamı olması imkan düşdükcə Moskvaya qarşı bəyanatlar səsləndirməsini, əsl məqsədini üstüörtülü də olsa ifadə etməsini zəruri edir. 

Daxili auditoriyaya hesablanan məqsədə gəlincə isə Ermənistan Baş naziri istər Qarabağ, istərsə də ölkəsinin təhlükəsizliyi məsələsində Rusiyanı qabardaraq, özünü günahsız çıxarmağa və erməni müxalifətini neytrallaşdırmağa çalışır. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Bu instituta direktor təyin edildi

Bu instituta direktor təyin edildi

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bu yollarda EHTİYATLI olun – VİDEO

Bu yollarda EHTİYATLI olun – VİDEO

27 dekabr üçün astroloji PROQNOZ

27 dekabr üçün astroloji PROQNOZ

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Yeni başçı müavinini işdən çıxardı

Yeni başçı müavinini işdən çıxardı

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

"Windows 11"də YENİ FUNKSİYA

"Windows 11"də YENİ FUNKSİYA

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

End of content

No more pages to load

RADİO