Bu gün Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 21 yaşadək gənclər arasında Bakı birinciliyi start götürəcək.
Bizim.Media xəbər verir ki, yarışda Bakının 22 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 150-ə yaxın idmançı gücünü sınayacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Birincilik fevralın 22-24-də keçiriləcək 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
Paytaxt birinciliyinə yanvarın 13-də yekun vurulacaq.
Bizim.Media
