İqtisadiyyat Nazirliyi Ağdamda təlim keçirdi - FOTO 

Ağdam şəhərində İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları üçün təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış edərək, təlimin işinə uğurlar arzulayıb.  

Bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib.

İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz dövlətimizin başçısının tapşırığına uyğun olaraq yenidən qurulur. Azərbaycan digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Eyni vaxtda əsas infrastruktur layihələri həyata keçirilir, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində işlər aparılır. 
Bundan başqa, B.Hacıyev öz çıxışında təlimin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, işğaldan azad olunan ərazilərdə aparılan təmir, tikinti və bərpa prosesləri zamanı dövlət satınalmalarının tam şəffaf və qanunvericiliyə uyğun aparılması, xarici və yerli investisiyaların işğaldan azad edilmiş ərazilərə cəlbedilməsi və təşviq mexanizmlərinin qurulması məsələləri Ölkə Prezidentinin qarşıya qoyduğu ən vacib tapşırıqlardandır. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov işğaldan azad edilmiş ərazidə olmaqdan qürur duyduqlarını bildirib. “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda təqdimatla çıxış edib. 

Sonra Standartlaşdırma İnstitutunun direktoru İlham Bayramovun “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzusunda çıxışı dinlənilib. 

Təlim zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi, “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyalar və icazələr, “Özəl sektorun işğaldan azad edilmiş ərazilərə cəlbetmə mexanizmləri”, “İnvestisiyaların təşviqi mexanizmi”, “Sahibkarların maliyyə resurslarına çıxış imkanları”, “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzularında məlumatlar verilib, fikir mübadiləsi aparılıb. 

Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

End of content

No more pages to load

RADİO