Türkiyənin məşhur “Çukur” serialında Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəzəli səsləndirilib.
Bizim.Media xəbər verir ki, ekran işinin 4-cü sezonunun 23-cü seriyasında “Sığmazam”a yer verilib.
Belə ki, baş qəhrəman olan Yamaç (obrazı aktyor Aras Bulut İynemli canlandırır -red.) hadisələrin baş verdiyi İstanbulun Çukur səmtinə qayıdıb və fonda müğənni Cavid Mürtəzaoğlunun ifasında sözügedən əsər yer alıb.
Bu, sosial şəbəkələrin də gündəmini zəbt edib.
Bizim.Media