Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Azərbaycanı Türkiyənin döyüş təyyarəsinin istehsalında ortaqlığa dəvət edib.
Bizim.Media “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsmayıl Dəmir "Müdafiə sənayesi 2023-cü il hədəfləri" mövzusunda keçirilən mətbuat konfransında danışıb.
"Bu ortaqlığın hər bir tərəf üçün faydalı olacağını düşünürük", - deyə o, qeyd edib.
Sözügedən ortalığa Azərbaycanla yanaşı İndoneziya, Pakistan, Malayziya da dəvət olunub.
Bizim.Media