Türkiyənin pop ulduzu Hadisə geyindiyi qısa təbii xəzz kürkünün qiyməti məlum olub.
Bizim.Media xəbər verir ki, tülkü dərisindən hazırlanan dəbli kürk 150 min lirədir (təxminən 13590 manatdır).
Qeyd edək ki, pop ulduzun sözügedən kürklə görüntüsü bir neçə gün öncə məkanların birindən çıxarkən kameraların hədəfinə tuş gəlmişdi.
Lakin Hadisənin xəzz dəri geyimi heyvansevərlər tərəfindən sərt şəkildə tənqid edilib. Hadisə tənqidlərdən sonra "Xəz saxtadır. Gerçək deyil, amma real görünür", - deyə açıqlama verib.
Lakin, kürkün həqiqi olduğu sonradan ortaya çıxıb.
Rəşad Əliyev, Bizim.Media