Xəbər verdiyimiz kimi, 13 il əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə ailəsi ilə Yeni il tətilini Bakıda keçirir.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı iş adamı Fərhad Əliyev, böyük oğlu İsgəndərin yer aldığı fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Safurə şəkillərə “Azərbaycanın ən gözəl yerlərindən birində - ailə günü” şərhini yazıb.
Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur. Safura - Fərhad cütlüyünün Ayşə adında bir qız, İsgəndər və Natiq adlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media